Tramp Ərdoğandan xahiş etdi

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşü zamanı FETÖ ilə əlaqədə ittiham olunan amerikalı keşiş Endryu Bransonun  azadlığa buraxılmasını xahiş edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

 

“Prezident Tramp keşiş Endryu Bransonun həbsi məsələsini qaldıraraq, Türkiyə hökumətindən onun tezliklə ABŞ-a göndərilməsini təmin etməyi xahiş edib”, - deyə məlumatda bildirilir.

 

Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra FETÖ ilə əlaqədə ittiham olunaraq həbs edilən şəxslər arasında  amerikalı keşiş Endryu Branson da var. Onun barəsində 2016-cı ilin oktyabrından həbs qətimkan tədbiri seçilib.   

LENT

25 May 2017

Digər xəbərlər >>>