Mafiyaya qoşulan məşhur futbolçunu həbs gözləyir

İtaliya millisinin keçmiş oyunçusu Fabrisio Mikkolini həbs təhlükəsi gözləyir. Apasport.az saytının məlumatına görə, buna səbəb kimi futbolçunun mafiya ilə əlaqədə olması göstərilib.

 

Yerli mətbuatda yayılmış xəbərlərdə bildirilib ki, “Yuventus”, “Fiorentina” və “Palermo”nun keçmiş üzvü cinayət əməllərindən istifadə edərək pul əldə etməkdə günühlandırılır. Palermo prokurorluğu onun üçün 4 il həbs istəyir.

 

Qeyd edək ki, İtaliya yığmasında 10 oyun keçirmiş Mikkoli 2 qol vurub. O, karyerasını 2015-ci ilin dekabrında bitirib.

 

LENT

25 May 2017
24 May 2017

Digər xəbərlər >>>