Ağ Evdə həyəcan: giriş-çıxış qapandı

Vaşinqtonda şübhəli şəxs Ağ Evə daxil olmağa çalışıb. Bu səbəbdən Ağ Evin giriş-çıxışı bağlanılaraq nəzarətə götürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Məxfi Xidmətinin məlumatında bildirilir.

 

Məlumata görə, binaya daxil olmağa çalışan şəxs saxlanılıb.

 

“Naməlum şəxs Ağ Evin Pensilvaniya avenyu küçəsindəki (Ağ Evi Kapitoli ilə birləşdirən küçə-red.) şimal hasarının yanında yerləşən velosiped dirəyinin üzərindən tullanaraq əraziyə daxil olmağa çalışıb. Şübhəli şəxs saxlanılıb”, - deyə ABŞ Məxfi Xidmətinin “Twitter”dəki səhifəsində bildirilir.

 

LENT

25 May 2017

Digər xəbərlər >>>