Tramp Lavrova məxfi məlumatlar ötürübmüş

ABŞ prezidenti Donald Tramp Rusiya XİN rəhbəri Sergey Lavrova və Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyaka tam məxfi kəşfiyyat məlumatlar ötürüb. Həmin məlumatlar İsraildəki mənbədən əldə olunub.

 

APA-nın xəbərinə görə, bu barədə “The New York Times” nəşri məsələdən məlumatlı olan bır neçə məmura istinadən məlumat yayıb.

 

 İsrail ABŞ-ın Yaxın Şərqdəki ən mühüm tərəfdaşlarından biridir. Nəşr qeyd edir ki, Trampın Rusiyanın yüksək vəzifəli məmurları ilə məxfi məlumatlarla bölüşməyə qərar verməsi ABŞ-İsrail münasibətlərinə ciddi xələl gətirə bilər.

 

NYT məlumatın Rusiyanın müttəfiqi olan, İsrailin isə Yaxın Şərqdə əsas təhlükə hesab etdiyi İrana ötürülə biləcəyini istisna etmir.  

 

İsrail tərəfi nəşrin məlumatına heç bir şərh verməyib.  

 

Qeyd edək ki, “The Washington Post” bundan əvvəl ABŞ administrasiyasına istinadən bildirmişdi ki, Tramp danışıqlar zamanı Lavrov və Kislyaka tamamilə məxfi məlumatlar təqdim edib və bununla mühüm məlumat mənbəyini təhlükə altına qoymuş olub. 

LENT

25 May 2017

Digər xəbərlər >>>