İslamiada: Taekvondoçularımızdan "qızıl" və "gümüş"

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk gündə 3 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar.

 

İdmançılarımızdan Fizam Mehtiyev mübarizəni erkən dayandırsa da, komanda yoldaşları Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıblar.

 

Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Yaprak Erişə qızıl medalı Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

LENT

25 May 2017

Digər xəbərlər >>>