Volqoqradda binada partlayış: 3 ölü, 10 yaralı

Rusiyanın Volqoqrad şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı üçə, xəsarət alanların sayı isə 10 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində binanın bir bloku tamamilə çöküb, 16 mənzil dağılıb.

 

İlkin məlumata görə, hadisəyə təmir işləri aparan fəhlələrin texniki təhlükəsizlik qaydalarını pozması səbəb olub. Hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir. Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanıb. Üç nəfərin - ticarət pavilyonunun sahibi, onun atası və təmir işlərinə rəhbərlik edən şəxsin şübhəli şəxs qismində saxlanıldığı bildirilir.   

LENT

25 May 2017
24 May 2017

Digər xəbərlər >>>