İranın vitse-prezidenti də namizədliyini geri çəkdi

İranda prezidentliyə daha bir namizəd namizədliyini geri götürüb. APA-nın Tehran bürosunun məlumatına görə,  İran prezidentin birinci müavini İshaq Cahangiri  prezident Həsən Ruhaninin xeyrinə namizədliyini geri götürdüyünü açıqlayıb.

 

Qeyd edək ki,  ötən gün prezident H.Ruhaninin əsas rəqiblərindən Məhəmməd Baqir Qalibaf  İslam İnqilabı Qüvvələri Cəbhəsindən prezidentliyə namizədliyini irəli sürmüş İbrahim Rəisinin xeyrinə geri götürdüyünü elan edib.  

 

Xatırladaq ki, İranda növbəti prezident seçkiləri  cümə günü keçiriləcək.  İranın Seçkilər Təşkilatının  açıqlamasına görə, ölkə vətəndaşlarının 56 milyon 410 nəfəri səsvermə hüququna malikdir. Prezident seçkiləri 62 min səsvermə məntəqəsində baş tutacaq.   

LENT

25 May 2017

Digər xəbərlər >>>