Afaq Məlikovaya "Şərəf" ordeni verildi

 

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Afaq Süleyman qızı Məlikova “Şərəf” ordeni ilə təltif edilib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev bu haqda sərəncam imzalayıb.

 

Qeyd edək ki, Afaq Məlikova məşhur Azərbaycan rəqqasəsi, həmçinin, Azərbaycan SSR-in Xalq Artistidir. O, Dövlət Rəqs Ansamblının bədii rəhbəridir. 

LENT

25 May 2017

Digər xəbərlər >>>