Türkiyədə deputat saxlanıldı

Türkiyə Böyük Millət Məclisinin deputatı hava limanında həbs edilib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, kürdyönümlü Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilmiş Mehmet Ali Aslan saxlanılıb. Millət vəkili bir konfransda iştirak etmək üçün Küveytə getmək istəyərkən Sabiha Gökçen hava limanında tutulub.

 

Batmandan deputat seçilmiş Mehmet Ali Aslanın elə bu rayonda qanunsuz yürüşə qatıldığı üçün saxlanıldığı bildirilib. Deputat saxlanıldığını social şəbəkədəki profilində yazıb.

LENT

25 May 2017

Digər xəbərlər >>>