"Fənərbaxça"nın ulduzuna 4,5 milyon dollar "atdı"lar

 

“Fənərbaxça”nın futbolçusu Van der Vil dələduzluğa məruz qalıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı müdafiəçi iş qurmaq bəhanəsi ilə ondan külli miqdarda pul alındığı barəsində polisə məlumat verib.

 

Oyunçu Ümit Akbulut adlı şəxsdən şikayətçidir: “İstanbula futbol oynamaq üçün gəlmişəm. Burada bir nəfər mənə iş qurmaq üçün təklif elədi. Açılış üçün də böyük mərasim təşkil edəcəyini dedi. Davamlı olaraq məndən pul istəyirdi. Təxminən 4.5 milyon dollar verdim. Sonra da dedi ki, bura Türkiyədi, 600 min yenə ver, əvvəlkiləri də unut”.

 

Maraqlıdı ki, Van der Vilin sözlərinə görə, Akbulut açılış üçün Castin Biberin gələcəyini söz veribmiş. 

LENT

25 May 2017

Digər xəbərlər >>>