Ukrayna prezidentinin oğlunun bu hərəkəti QALMAQAL yaratdı - FOTO

 

Ukrayna prezidenti Pyotr Poroşenkonun İngiltərədə təhsil alan oğlunun geyindiyi futbolka qalmaqala səbəb olub. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, 15 yaşlı Mişa Poroşenkonun üzərində “Russia” yazılmış köynəklə çəkdirdiyi foto sosial şəbəkələrdə ildırım sürəti ilə yayılıb.

 

İlk olaraq Mişanın "İnstagram" səhifəsində yayılan foto əksər ukraynalılar tərəfindən qınanıb. Pyotr Poroşenko Konkord Universitetinin hazırlıq kursunda təhsil alan oğlunun geyindiyi paltarla bağlı mətbuata açıqlama vermək məcburiyyətində qalıb. O bildirib ki, həmin foto “Halloween” gecəsi çəkilib və oğlu həmin bayram şənliyində şeytan obrazında olub. Yəni Mişa düşmən ölkə olan Rusiyanın şeytanı təmsil etdiyinə diqqət çəkmək istəyib.

 

Qeyd edək ki, P.Poroşenko Rusiyaya qarşı sərt ritorikası ilə seçilən siyasətçilərdəndir.

 

LENT

25 May 2017

Digər xəbərlər >>>