Zibil yeşiyindən 3 metrlik piton çıxdı - GÖRÜNTÜLƏR

 
Rusiya paytaxtında yaşayış binalarından birinin həyətində piton ilanı tapılıb.

 

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Moskvanın şimalında məişət tullantıları yeşiklərinin yanında 3 metr uzunluğunda ilanı görən sakinlər yerli fövqəladə hallar xidmətinə məlumat verib.

 

Əraziyə cəlb edilən mütəxəssislər sürünən canlını xüsusi üsulla tutaraq Moskva zooparkına təhvil verib. Fövqəladə hallar xidmətinin əməkdaşları ilanın yaşayış binasının həyətinə necə gəlib çıxdığını dəqiqləşdirməyə çalışır.

Moskva zooparkından bildirilib ki, piton ora gətirilən zaman pis vəziyyətdə olub. Onu sonradan baytar müayinəsinə göndəriblər.

 

LENT

25 May 2017

Digər xəbərlər >>>