Manatın məzənnəsinin korreksiyası gec baş verib - DÜNYA BANKI

"Buna görə də iqtisadiyyata mənfi təsirlər çox olub"
"Azərbaycan iqtisadiyyatı üçün hərtərəfli strategiya lazımdır". "APA-Economics" xəbər verir ki, bunu Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer bu gün keçirilən videokonfransda deyib.
 
Onun sözlərinə görə, neft gəlirlərinin azalması səbəbindən Azərbaycan alıcılıq qabiliyyətini 25% itirib və bu, milli iqtisadiyyat üçün çox böyük şok yaradıb.
 
"Azərbaycan xüsusilə ixracyönümlü mal və xidmətlər sahəsini inkişaf etdirməlidir. Mən Azərbaycanda sonuncu dəfə olarkən iqtisadiyyat sahəsində tədbirlərlə bağlı 5 zəruri istiqaməti açıqlamışdım. Bunlardan birincisi monetar siyasətlə bağlı idi. Həmin dövrdən bəri bu istiqamətdə müəyyən tədbirlər görülüb. Azərbaycanda məzənnə çevikliyi təmin edilməlidir. Yəni ölkədaxili qiymətlər xarici qiymətlərə uyğunlaşmalıdır. Bu, məzənnənin hesabına baş verməzsə, qiymətlərin korreksiyası hesabına baş verəcək. Azərbaycanda məzənnənin korreksiyası gec baş verdi. Buna görə də iqtisadiyyata mənfi təsirlər çox oldu. Azərbaycanın monetar siyasətində vəziyyət xeyli yaxşılaşıb. Bununla belə, bank sektorunun sağlamlaşdırılmasını təmin etmək vacibdir. Neftin qiymətinin düşdüyü bir şəraitdə bank sektorunun sağlamlığı vacibdir. Banklar fiskal siyasət hesabına yox, restrukturizasiya hesabına sağlamlaşdırılmalıdır. Bank sektoru üçün ən optimal struktur islahatları seçilməlidir. Bundan başqa, banklar yeni iş yerlərinin yaradılmasına dəstək verəcək xidmətlər göstərməlidir. Bank sektoru iri şirkətlərin, neft sektoru və tikinti sektorunun maliyyələşməsinə diqqət yetirirdi. Azərbaycanda bankların yeni sahələri maliyyələşdirmək baxımından bir o qədər təcrübəli yoxdur".
 
H.Timmer bildirib ki, Azərbaycanda fiskal dayanıqlıqla bağlı xeyli işlər görülüb: "Amma fiskal tədbirlər gecikdiyindən bəzi çətinliklər qalmaqdadır. Xarici şokun yaratdığı çətinliklərin əhali arasında paylanmasına xüsusi diqqət yetirilməli və əhalinin aztəminatlı hissəsinə dəstək verilməlidir. Azərbaycanda ticarət və startap layihələri sahəsində çox işlər görməlidir".

LENT

25 May 2017
24 May 2017

Digər xəbərlər >>>