(R) Plastik kartla yığım əmanətçilərinin sayı artır

 

 

DəmirBank-ın təqdim etdiyi “Plastik kartla yığım əmanəti” istifadəçilərinin sayı getdikcə artır. İki həftəlik qısa zaman ərzində daha 200-ə yaxın yeni müştəri “Plastik kartla yığım əmanəti”-ni əldə etdi.

 

Bununla bərabər, əmanətçilər kartda qalan vəsaitdən illik 12%-dək gəlir qazanmaq imkanı da əldə edirlər. Əmanət məbləği artdıqca faiz dərəcəsi də yüksəlir. Plastik kart Bank tərəfindən müştəriyə hədiyyə olunur. Əmanət maksimum 1 illik olmaqla, AZN və USD valyutalarında açıla bilər.

 

Qeyd olunan əmanət növündə vəsaitin hətta 1 AZN/USD belə artırılması və istənilən zaman cəriməsiz çıxarılması mümkündür. Vəsaitlər “DəmirBank”a məxsus istənilən ATM və POS terminallar vasitəsilə nağdlaşdırıldıqda heç bir komissiya haqqı tutulmur.

               

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq müştərinin yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

 

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

 http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

LENT

25 May 2017
24 May 2017

Digər xəbərlər >>>