® TuranBank 25 illik yubileyini qeyd edir

1992-ci ildən fəaliyyətə başlayan TuranBank bu il öz 25 illik yubileyini qeyd edir. Yubiley ili ərzində müxtəlif, hədiyyəli kampaniyalar keçirən bank, 03 aprel tarixindən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aldığı icazə (lisenziya) əsasında ən böyük kampaniyası olan Yubiley Fürsəti! adlı Stimullaşdırıcı lotereya kampaniyasına start verdi. Kampaniya başlayan gündən əhali tərəfindən böyük maraqla qarşılandı.   Beləki, lotereyada iştirak şərtləri çox sadədir, istənilən fiziki şəxs TuranBankın Azərbaycan Respublikasında fəaliyyət göstərən 16 satış nöqtəsindən birinə minimum 1000 AZN və ya 1000 ABŞ dolları məbləğində minimum 12 ay müddətinə əmanət yerləşdirərək lotereyada iştirak haqqı qazanır. Yerləşdirilən hər 1000 AZN/ABŞ dollarına 1 bilet düşür. Banka yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Kampaniyada bankın bütün mövcud əmanət məhsulları şərtləri ilə yerləşdirilən  və yuxarıda qeyd olunan Kampaniya şərtlərinə cavab verən əmanətlər iştirak edir. Mükafatlara gəldikdə, hədiyyələrimizin hər biri dəyərlidir. Əsas mükafat Toyota Camry avtomobilidir, həmçinin Türkiyə və Yunanıstana 2 nəfərlik səyahət paketi, İphone 7 telefonları, LED Televizorları, planşetlər, notbuklar, professional fotokameralar, ev kinoteatrlarıdır. Şəffaflıq şüarını əsas tutan Bank bu dəfə də öz dəyərlərinə sadiq qalaraq şəffaflığı qorumaq məqsədi ilə Yubiley Fürsəti Lotereyasında Bankın inzibatçıları, əməkdaşları və onların yaxın qohumlarının iştirakına məhdudiyyət qoymuşdur. Biletlərin sayı məhduddur, lotereyanın ən şanslı biletini əldə etməyə tələsin!

Kampaniya haqqında daha ətraflı: http://turanbank.az/ferdi-bankchiliq/man-tl-r/yubiley-furseti-kampaniyasi/

TuranBank çoxsaylı müasir bank xidmətləri və məhsulları ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  http://turanbank.az/ saytına, (012) 935 Məlumat Mərkəzinə və ya satış nöqtələrinə müraciət edə bilərsiniz.

 

LENT

25 May 2017
24 May 2017

Digər xəbərlər >>>