Bakı Musiqi Akademiyasının tələbələri konsert verdi – FOTO

Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin tələbələrinin konserti baş tutub. Lent.az-ın məlumatına görə, “Mədəniyyət” kanalının, Azərbaycan Radiosunun və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə ərsəyə gələn bu layihədə dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

Şostakoviç, Vaqner, Raxmaninov, Popper, Yoaxim kimi bəstəkarların bir-birindən maraqlı əsərləri ilə çıxış edən tələbələr tamaşaçılar tərəfindən gurultulu alqışlanıb.

“Kamera Musiqisi Axşamı”nın sonunda isə professor Zəhra Quliyevanın bədii rəhbərliyi ilə "Detaşe" ansamblı öz ifasını klassik musiqisevərlərə təqdim edib. Dünya klassiklərinin ardınca sonda görkəmli bəstəkarımız Qara Qarayev və Musa Mirzəyevin musiqisi səslənib.

LENT

25 May 2017

Digər xəbərlər >>>