Azərbaycanda hava şəraiti kəskin dəyişəcək - NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
 
Departamentdən Lent.az-a verilən məlumata görə, martın 21-dən 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı düşəcək.

 

LENT

28 May 2017
27 May 2017

Digər xəbərlər >>>