Leyla Əliyeva xalq artistini təbrik etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xalq artisti Məbud Məhərrəmovu ad günü münasibətilə təbrik edib.

 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Leyla Əliyeva İstaqram hesabında yazıb.

 

“Azərbaycanın xalq artisti, sevimli, istedadlı aktyorumuz Məbud Məhərrəmov, ad gününüz mübarək olsun! Sizə həyatda və yaradıcılığınızda uğurlar arzulayıram”, - deyə L. Əliyeva bildirib.

 

Qeyd edək ki, Məbud Məhərrəmov 1957-ci il martın 12-də anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. Həmin ildən etibarən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynayıb, bir çox filmlərdə çəkilib.

 

M. Məhərrəmov 2000-ci ildə Əməkdar Artist, 2006-cı ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb.

 

2006, 2012, 2014 və 2015-ci ildə Prezident Mükafatına, 2016-cı il mayın 6-da Prezidentin fərdi təqaüdünə layiq görülüb.

LENT

25 May 2017
24 May 2017

Digər xəbərlər >>>