56
13:07
24 Fevral 2017

Fəttah Heydərov: "Qanlı faciələrimiz heç vaxt unudulmayacaq" - VİDEO

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Ana fəryadı” abidəsini ziyarət ediblər.

Şura üzvləri abidə önünə gül dəstələri düzüb, əklil qoyublar.

Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, 25 il öncə ermənilərin Xocalıda törətdiyi vəhşiliyi Azərbaycan xalqı hər il ürək ağrısı ilə yad edir: "Bu vəhşilik hər kəsin ürəyini ağrıdır. Uşaqdan tutmuş qadına, qocaya qədər vəhşilik etmək tarixdə misli görünməmiş hadisədir. Xalqımız bu günü soyqırım günü kimi qeyd edir. Bütün dünya bilir ki, Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin tarixi belə qətliamlarla doludur. Bu qanlı faciələr heç vaxt unudulmayacaq. Xalqımıza başsağlığı verirəm. Nəinki burda, heç bir ölkədə insanların başına bu cür faciələrin gəlməməsini arzu edirəm".