47
18:11
24 Yanvar 2017

Xocalı soyqırımının 25-ci ildönümü haqqında sərəncam imzalandı

Azərbaycan prezidenti İlham Əliyev Xocalı soyqırımının 25-ci ildönümü haqqında sərəncam imzalayıb.

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasına Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırlıb.