26
13:16
24 Yanvar 2017

Bakıda emalatxanadan 100 qram qızıl oğurlanıb

Bakıda emalatxanadan qızıl oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 21-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Məzahim Məsimova məxsus emalatxanadan 100 qram qızıl oğurlanıb.

Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi RPİ 19-cu PB və RMİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Urşan Zeynalov saxlanılıb.

Araşdırma aparılır.