56
18:55
23 Yanvar 2017

Maşın çaya uçdu, ata öldü, oğul ağır yaralandı - AZƏRBAYCANDA

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında İsmayıllı-Qalacıq-İstisu avtomobil yolunda qeydə alınıb. Qəbələ rayon sakini 1962-ci il təvəllüdlü Ağaməmmədov Ağaməmməd Əliheydər oğlu idarə etdiyi 36-BG-893 dövlət nömrə nişanlı “QAZEL” markalı yük avtomobili ilə Qalacıq kəndinin ərazisində, Göyçay çayı üzərindəki körpüdən keçərkən yolun buz bağlaması səbəbindən sürücü idarəetməni itirib və yük maşını yoldan çıxaraq çaya düşüb. Hadisə zamanı sürücü Ağaməmməd Ağaməmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, onun oğlu, 1992-ci il təvəllüdlü Ağaməmmədov Pərviz Ağaməmməd oğlu isə ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı “QAZEL” in yük yerindəki iki baş iri buynuzlu heyvan yüngül xəsarət alib.

Qeyd edək ata və oğlu mal-qara alveri ilə məşğul olur və İstisu kəndindən aldıqları heyvanları Qəbələyə apararakən hadisə baş verib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.