36
03:54
23 Yanvar 2017

ABŞ-da ticarət mərkəzində atışma: 1 ölü, 6 yaralı

ABŞ-ın San-Antonio şəhərində (Texas ştatı) ticarət mərkəzində naməlum şəxslər atəş açıb.

APA -nın xəbərinə görə, bu barədə NBC telekanalı məlumat verib.

İlkin məlumata əsasən, insident nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı bildirilir. Hüquq-mühafizə orqanları ikinci cinayətkarın tutulması istiqamətində axtarış aparır.

Polis nümayəndəsi cinayətin qarət məqsədi ilə törədildiyini vurğulayıb. Hazırda ticarət mərkəzinin ətrafı polis tərəfindən əhatəyə alınıb.