36
12:06
22 Yanvar 2017

Ştaynmayer: Trampın prezident seçilməsi köhnə dünya nizamına son qoydu

Almaniya xarici işlər naziri Frank-Valter ŞtaynmayerDonald Trampın ABŞ prezidenti seçilməsinin bir epoxaya son qoyduğu qənaətindədir.

APA -nın məlumatına görə, Frank-Valter Ştaynmayerbunu “Bild am Sonntag” nəşrinə yazdığı məqaləsində qeyd edib.

Almaniya xarici işlər naziri bildirib ki, D. Trampın prezident seçilməsi ilə XX əsrin köhnə dünyası nəhayət, keçmişdə qaldı: “XXI əsrdə dünya nizamına baxışın necə olacaq, dünyanın sabah necə görünəcəyi hələ müəyyənləşdirilməyib. Bu sual açıq qalır. Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır”.

Frank-Valter Ştaynmayerməqaləsində rəsmi Berlinin ABŞ-ın yeni administrasiyası ilə dialoqa can atacağını, öz mövqeyi, dəyərləri və maraqlarını çatdıracağını vurğulayıb.

Qeyd edək ki, xarici işlər naziri postunu tərk etməyə hazırlaşan Frank-Valter ŞtaynmayerAlmaniyada prezidentliyə ən real namizəddir. Onun namizədliyini xristian demokratlar, sosialistlər dəstəkləyir.

APA