60
06:34
21 Yanvar 2017

Morqan Frimen “Türk Hava Yolları”nın yeni siması oldu

Məşhur Hollivud aktyoru, “Oskar” mükafatçısı Morqan Frimen “Türk Hava Yolları”nın yeni siması olub.

APA-nın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, 79 yaşlı M.Frimen aviaşirkətin reklamında çəkiləcək.

Reklam çarxının premyerası fevralın 5-də, ABŞ Milli Futbol Liqasının final matçında nümayiş olunacaq.

Qeyd edək ki, “Türk Hava Yolları” Avropanın ən iri aviaşirkətlərindən biridir.