30
04:56
21 Yanvar 2017

Türkiyə PKK-ya hava zərbələri endirdi: 22 ölü

Türkiyənin Hərbi-Hava Qüvvələri PKK-nın İraqın şimalındakı mövqelərinə zərbələr endirib.

APA -nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 22 terrorçu məhv edilib.

Məlumata görə, yanvarın 18-də Qəndil dağı bölgəsində əməliyyat zamanı 13 terrorçu məhv edilib, 9-u yaralanıb.

Türkiyə Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, əməliyyat nəticəsində terrorçulara aid 8 hədəf məhv edilib.