35
20:58
20 Yanvar 2017

Göygöldə “BMW” ilə “NİVA toqquşdu - 1 yaralı

Göyöldə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Balçılı kəndinə gedən yolda qeydə alınıb.

“BMW” və “NİVA” markalı avtomobillərin toqquşması nəticəsində “BMW”- nin sürücüsü 1948-ci il təvəllüdlü Səfiyev Əlı Rüstəm oğlu müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.