58
19:47
20 Yanvar 2017

Prezidentin maaşı azaldıldı

Monteneqro hökumətinin İnzibati Şurası qənaət məqsədi ilə ölkə rəhbərliyi üzvlərinin əmək haqlarını 8 azaldılmasına dair qərar qəbul edib. Lent.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qərar 800-dək yüksək vəzifəli məmuru əhatə edəcək. Qərarın gələn ilin dekabrın 31-dək qüvvəddə olacağı bildirilir, nəticədə büdcə 1,6 mln. avro qənaət etmiş olacaq.

Məlumata görə, qərar Monteneqro prezidenti, baş naziri, hökumət üzvləri, parlament spikeri və onun müavinlərinə də şamil edilib.

2500 avroya yaxın əmək haqqı alan prezident Filip Vuyanoviç üçün azalma 195 avro, baş nazir Duşko Markoviç üçün 174 avro, nazirlər üçün isə 140 avro təşkil edəcək.