48
21:16
19 Yanvar 2017

ABŞ Moskvanın dəvətini nəzərdən keçirir

ABŞ Suriya nizamlanmasına dair Astanada keçiriləcək görüşə dəvəti nəzərdən keçirir. APA-nın xəbərinə görə, bu barədə “Röyters”ə ABŞ Dövlət Departamentindəki mənbə bildirib.

Bundan əvvəl “RİA Novosti” bildirib ki, Rusiya tərəfindən ABŞ-ın Moskvadakı səfirliyinə təqdim olunan Qazaxıstanın dəvəti baxılması üçün Vaşinqtona göndərilib.

Qeyd edək ki, Suriya silahlı müxalifətinin vahid nümayəndə heyəti və hökumətinin nümayəndələrinin iştirakı ilə danışıqlar Astanada yanvarın 23-nə nəzərdə tutulub.

Danışıqlara BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası dəvət olunub.