46
06:50
19 Yanvar 2017

Dünyanın ən yaşlı qorillası öldü

Amerikanın Ohayo ştatının Kolumbus şəhərində yaşayan dünyanın ən yaşlı qorillası ölüb.

Lent.az -ın “musavat.com”-a istinadən xəbərinə görə, 2016-cı ilin dekabrında heyvandan bədxassəli şişi götürüblər.

Zooparkda hesab edirdilər ki, qorilla sağalır, ona görə də onun ölümü gözlənilməz oldu. O, ölümünə saatlar qalana qədər zoopark izləyicilərinin qarşısına çıxıb. Kolo ləqəbli qorilla Kolumbus zooparkında 1956-cı ilin 22 dekabrında dünyaya gəlib. Zoopark baxıcıları onun qayğısına kiçik uşağın qayğısına qalırmış kimi qalırdılar. Belə ki, uşaq geyimləri geyindirir və südlə bəsləyirdilər. Bu meymunun 3 uşağı olub ki, onlar da azad təbiətdə cütləşiblər.

Meymunların bu növünün orta yaş həddi 40-ı təşkil edir. Xüsusən zoopark şərtləri daxilində bu qorillalar nadir halda 50 yaşa qədər yaşayırlar. 2008-ci ildə isə Cenni ləqəbli meymun 55 yaşında öldü. Buna səbəb onun mədəsində üzə çıxan şiş idi. Bu şişə görə meymun yemək yeyib, su içə bilmirdi.