34
20:12
18 Yanvar 2017

Şəmkirdə yük maşını aşdı

Şəmkir rayonunda yük avtomobili aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun 385-ci kilometrliyində, Şəmkirin Seyfəli kəndi ərazisində qeydə alınıb.

Ağcabədi rayon sakini Cabir Mövsümovun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, 5 tona yaxın kartof yükü yola dağılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.