57
14:27
18 Yanvar 2017

Fatimə əməliyyatdan sonra 10 kilo arıqladı - FOTOLENT

Bir müddət öncə əməliyyat etdirən azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva foto-kameralar önünə keçib. Lent.az -a açıqlama verən rəqqasə bildirib ki, bu onun yeni ildə ilk fotosessiyasıdır: “Son bir ayda bir çox yaradıcı təkliflər aldım. Əməliyyatdan sonra bədənimdə olan şişlər çəkilmədiyinə görə, əksər təkliflərə yox dedim. Hətta şəkillər çəkdirməyə də risk etmirdim. Amma şeytanın qıçını qırıb, foto-kameralar önünə keçdim. Əməliyyatdan sonra düz 10 kilo arıqlamışam. Hələ bir neçə kilo da arıqlamaq niyyətindəyəm”.

Rəqqasə onu da əlavə edib ki, “Gəlinim” yeni mahnısını oxumaq qərarına gəlib: “Mən müğənni deyiləm. Sadəcə qadın məclislərinə dəvət aldığım zaman mahnılar da oxuyuram. Sadəcə bir hobbidir. Bu mahnıdan savayı, 2017-ci ildə yeni bir layihəm işıq üzü görəcək. Adını indidən açıqlamayım, bircə onu deyə bilərəm ki, bunu hələ Azərbaycanda heç kim etməyib”.