56
04:12
18 Yanvar 2017

52 yaşlı aparıcı ata oldu

Rusiyanın məşhur aparıcısı Aleksandr Qordon 4-cü dəfə ata olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 20 yaşlı xanımı Noza Abdulvasiyeva ona daha bir övlad bəxş edib. Uşağın cinsiyyəti və adı haqqında hələ ki, məlumat verilmir.

Aleksadrın ata olması xəbərini ilk dəfə doğuş həkimi İnstaqram səhifəsində qeyd edib. O, aparıcı və xanımının yeni doğulmuş uşaqları ilə fotosunu paylaşaraq, Qordonun ailəsinə həsəd apardığını vurğulayıb:

“Elə mehriban ailədir ki… Qordon Nozaya çox nəzakətli davranır. Onu əzizləyir. Abdulvasiyeva da gənc olmasına baxmayaraq, çox ağıllı və güclüdür”.