44
23:51
17 Yanvar 2017

Taksi sürücüsünə qarşı quldurluq

Şəmkirdə taksi sürücüsü bıçaqlanaraq qarət olunub. APA -nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Hələ ki, kimliyi məlum olmayan şəxs Gəncə şəhər sakini 1958-ci il təvəllüdlü Namiq Babayevin “VAZ 2107” markalı avtomobilinə əyləşərək, onu Seyfəli kəndində aparmasını bildirib. Yolda sürücüyə bıçaq xəsarətləri yetirən şəxs onun cibindən pulu və telefonunu götürərək, həmin avtomobil ilə ərazidən qaçıb.

Sürücü N. Babayev Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində N. Babayevə məxsus avtomobilin maşın təmiri ilə məşğul olan şəxsə satıldığı müəyyən olunub.

Quldurluğu törədən şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.