34
13:18
17 Yanvar 2017

Sekuta Trampın inauqurasiyasında iştirak etməyəcək

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Donald Trampın inauqurasiya mərasimi günü Azərbaycanda olacaq.

Bu barədə APA -ya səfirlikdən məlumat verilib.

Xatırladaq ki, ABŞ-da prezident seçilmiş Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.

“New-York Times” qəzeti diplomatlara istinadən yazıb ki, Donald Tramp inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş də göndərilib.

APA