49
19:20
17 Yanvar 2017

Faciəvi şəkildə ölən tələbənin SON STATUSU - MÜƏLLİMİ ONU XİLAS EDƏ BİLMƏDİ - FOTOLENT

Bu gün Gəncə Dövlət Universitetində baş vermiş tələbə ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, hadisənin şahidi olmuş müəllimlərdən biri bildirib ki, Pedoqoji fakültənin magistr mərhələsinin tələbə, 1994-cü il təvəllüdlü İbrahim Həşimli koridorda yıxılandan dərhal sonra ona kömək etməyə çalışıblar: “Dəhlizdə getdiyi yerdə anidən yanındakı oğlanın üstünə yıxıldı. Dilini tutdular, əlini-ayağını masaj elədilər, ayağına iynə batırdılar, universitetin həkimi naşatır iylətdi. Hamı durmadan təcili yardıma zəng edirdi. Onlar gələnə qədər müəllimlərdən birinin maşınına qoyub xəstəxanaya apardılar. Yolda təcili yardımla rastlaşıblar. Orda həkimlər baxıb deyiblər ki, İbrahim artıq vəfat edib”.

Əslən İsmayıllının Lahıc qəsəbəsindən olan İ.Həşimli savadlı, məsuliyyətli tələbə kimi tanınıb, İsmayıllı rayonunun intellektual klubunda da üzv olub. O, sonuncu dəfə yanvarınn 15-də feysbukda paylaşım edib və "İmtahan qurtarsın, şeir paylaşacağam. Birdən kəsərlər imtahandan..." statusunu yazıb.

*****

13:44

Bu gün Gəncə Dövlət Universitetində baş vermiş tələbə ölümünün səbəbi müəyyənləşib. Universitetdən Lent.az -a bildirilib ki, Pedoqoji fakültənin magstratura mərhələsinin tələbəsi, 1994-cü il təvəllüdlü Həşimli İbrahim Müstəim oğlu imtahandan çıxandan sonra özünü pis hiss edib. O, yazılı imtahanda iştirak edib və daha sonra fakültənin dəhlizində müvazinətini itirərək yıxılıb. Dərhəl təcili yardıma müraciət edilib. O, xəstəxanaya aparılıb. Lakin artıq gec olub.

Universitetdən bildirilib ki, İ.Həşimli epilepsiya tutması keçirib. İmtahana gəlincə, o, bu gün yazılı imtahanda iştirak edib. Universitetdə müsbət xarakterli tələbə kimi xarakterizə olunan İbrahimin kəsiri olmayıb.

*****

12:34

Bu gün Gəncədə universitetdə ölüm hadisəsi baş verib.

APA -nın verdiyi məlumata görə, Gəncə Dövlət Universitetində magistraturasında təhsil alan İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Həşimli İbrahim Müstəib oğlu dərs zamanı huşunu itirib, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Müayinə zamanı onun öldüyü məlum olub. Tələbənin universitetdə anidən özünün pis hiss edərək yerə yıxıldığı və orada öldüyü bildirilir.