36
11:42
17 Yanvar 2017

Komadan çıxan qadın ərini müdafiə etdi - AZƏRBAYCANDA

Bir neçə gün əvvəl Ağsu rayonunda kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilən 31 yaşlı Şəbnəm Xəlilova komadan çıxıb. Lent.az xəbər verir ki, Ərəbuşağı kənd sakini olan Ş.Xəlilova polisə ilkin ifadəsində əri tərəfindən bıçaqlanmadığını deyib. O, bildirib ki, özü-özünə bıçaqla zərbələr endirib.

Qeyd edək ki, hadisə vaxtı Ş.Xəlilovanın həyat yoldaşı Fariz Xəlilov sərxoş vəziyyətdə olub. Polis şübhəli şəxs qismində onu saxlayıb. O, ifadəsində hadisəni xatırlamadığını, həyat yoldaşını bıçaqlayıb-bıçaqlamadığını bilmədiyini deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.