81
06:20
17 Yanvar 2017

Rusiyada ev yandı: 4 nəfər yanaraq öldü

Rusiyanın Amur vilayətində ikimərtəbəli fərdi evdə güclü yanğın baş verib.

APA -nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Svobodnıy şəhərində qeydə alınıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində bir kişi, iki qadın və 6 yaşlı uşağın yanmış meyiti aşkarlanıb.

Yanğına ilkin səbəb kimi elektrik naqillərindəki həddindən artıq yüklənmə göstərilir. Faktla bağlı araşdırma aparılır.