36
23:14
16 Yanvar 2017

Bakı sakininin barmağında dəmir həlqə qaldı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xəzər rayonunda 1 nəfərin barmağında dəmir həlqə qalması barədə məlumat daxil olub.

APA -nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsib və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat saat 21:24-də başa çatıb.