27
21:50
16 Yanvar 2017

Qobustanda ev yandı

Qobustanda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20.09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.