46
19:47
16 Yanvar 2017

Ağdamda dəhşət: qadının meyiti tikilidə tapıldı

Ağdamda 56 yaşlı qadın özünü asaraq intihar edib.

APA -nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Ücoğlan kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Nəcəfova Razidə Çərkəz qızı yaşadığı evin həyətindəki tikilidən özünü asıb. Övladları R. Nəcəfovanı ölmüş halda həyətdəki tikilidən asılı görüblər vəAğdamRayon Polis Şöbəsinə xəbər veriblər.

AğdamPolis Şöbəsindən APA -nın Qarabağ bürosuna verilən məlumata görə, R. Nəcəfovanın üç övladı var və onun psixoloji problemi olub.

Faktla bağlıAğdamPolis Şöbəsində araşdırma aparılır.