48
23:33
16 Yanvar 2017

Diyarbəkirdə şəhid olan polislərin sayı artdı - YENİLƏNİB

Türkiyənin Diyarbəkir vilayətinin Sur qəsəbəsində polis avtobusu keçərkən terrorçuların partlayıcı qurğunu işə salması nəticəsində şəhid olanların sayı 4-ə çatıb.

APA-nınn məlumatına görə, hadisə Dəclə Universitetinin yaxınlığında baş verib. Polis avtobusu keçərkən partlayış baş verib.

Terror aktı nəticəsində 4 polis əməkdaşı şəhid olub, 2 polis isə yaralanıb.

Diyarbəkir valiliyi terror aktı ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, mənfur terror hücumu ilə bağlı araşdırma aparılır. Valilik terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini bəyan edib.

***

Türkiyənin Diyarbəkir şəhərində polis avtomobili keçərkən partlayış törədilib.

Lent.az -ın “sözcü”ə istinadən məlumatına görə, şəhərdəki Dəclə Universiteti yaxınlığında baş verən hadisə zamanı 3 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb. Yaralılar universitet xəstəxanasına çatdırılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.

Baş verən hadisədən sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.