47
12:09
16 Yanvar 2017

Obama arzusunu açıqladı: "Doyunca yatacam"

ABŞ-ın 44-cü prezidenti Barak Obama “CBS” televiziyasına verdiyi müsahibəsində yanvarın 20-də prezidentlik postunu təhvil verdikdən sonrakı ilk gün ancaq yatmaq istədiyini açıqlayıb.

B.Obama deyib ki, iş barəsində düşünmək istəmir və postu tərk etdikdən sonra zəngli saat qoşmadan ancaq yatmağı planlaşdırır: “ Buna bütünlüklə əminəm. Və zamanımın çoxunu xırda məsələlərə həsr etməyi düşünürəm. İstirahətə gedəcəm”.

Bununla yanaşı Obama qeyd edib ki, yenidən dərs deməyə başlayacaq: “Prezident olmazdan əvvəl bir müddət universitetdə işləmişəm və bu işimdən çox zövq almışam”.

Qeyd edək ki, B.Obama 1992-2004-cü illər ərzinə Çikaqo universitetində Konstitusiya fənnini tədris edib.

Obam postu Trampa təhvil verdikdən sonra öz doğma vətəninə qayıtmağı isə hələ düşünmür. O ailəsi ilə birgə balaca qızı Saşa məktəbi bitirənə kimi Vaşinqtonun mərkəzindən kirayə tutduğu evdə qalacaq. Obamanın böyük qızı Maliya isə bu ilin payızından Masaçusestdə nüfuzlu Harvard Universitetində təhsilə başlayacaq.