34
11:11
12 Yanvar 2017

Təhsil nazirinə yeni müavin təyin olundu

Təhsil Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

APA-nın xəbərinə görə, Mətin Eynullayev təhsil nazirinin yeni müavini təyin olunub.

Bu barədə prezident İlham Əliyevin müvafiq sərəncam imzalayıb.

Təhsil Nazirliyindən APA -ya bildirilib ki, Mətin Eynullayev indiyədək Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.