62
10:49
10 Yanvar 2017

Gömrükçülər qadağan edilən dərmanı aşkar etdilər

Astara Gömrük İdarəsində İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən monitorda şübhəli cizgilər müşahidə edilib.

Dövlət Gömrük Komitəsinin ( DGK) mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, gömrük əməkdaşı tərəfindən saxlanılan həmin şəxsin əl yükünə təkrar baxış zamanı içərisində dərman preparatları olan sellofan torbada, istehsal qablaşması pozulmuş vəziyyətdə 115 ədəd həb şəklində metadon aşkar olunub.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycanın ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 115 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 4,6 qram təşkil edir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.