47
10:03
08 Yanvar 2017

10 baş iribuynuzlu heyvan xilas edildi - LƏNKƏRANDA

Lənkəran rayonu Qurumba kəndində yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə və çardağına yığılmış 4 ton ot bağlamasının 400 kq -ı yanıb. Yanğın zamanı tövlədə olan 10 baş iri buynuzlu heyvan və 30 ədəd ev quşu yanğınsöndürünlər tərəfindən xilas olunub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.