61
01:59
08 Yanvar 2017

“Rustavi-2” telekanalının baş direktoruna hücum olub

Tiflisdə “Rustavi-2” telekanalının baş direktoru Nika Qvaramiya hücuma məruz qalıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, N.Qvaramiya dostları ilə kafedə olduğu zaman naməlum şəxslərin hücumuna məruz qalıb. Onun sözlərinə görə, hücum edən şəxslər onu bərk əşya ilə başından vurublar. Zərbədən N.Qvaramiya huşunu itirib və bir müddət sonra özünə gəlib.

Polis baş vermiş insidentlə bağlı baş direktor və şahidlərin ifadələrini götürüb.

O, hücum edən şəxsləri tanımadığını bildirib.