70
12:06
07 Yanvar 2017

Yol qəzalarında 2 nəfər ölüb

Yanvarın 6-da saat 15 radələrində Beyləqan rayonunun Yeni Mil qəsəbəsində ölümlə nəticələnən avtomobil qəzası olub. Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon sakini Rauf İsgəndərov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmyerlisi Vüqar Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Həmin gün Qaradağ rayonunun Səngəçal qəsəbəsində Masallı rayon sakini Zamin Əzizov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı dirəyə vurub. Nəticədə onun sərnişini, həmyerlisi Rəhilə Əsədullayeva hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.