45
21:38
06 Yanvar 2017

Bolqarıstanda qar fırtınası: 2 ölü

Bolqarıstanda güclü qar fırtınası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 400 yaşayış məntəqəsi elektrik enerjisi təchizatından məhrum olub.

Ölkənin şimal-şərq bölgəsində nəqliyyatın hərəkəti iflic olub. Qatarlar böyük fasilələrlə işləyir.

Sinoptiklər qeyr-sabit qarlı havanın yanvarın 8-dək davam edəcəyini bildiriblər.