47
15:42
06 Yanvar 2017

Bağırsağında narkotik maddə gətirmək istədi, yaxalandı

İrandan Azərbaycana narkotik maddələr keçirən şəxs saxlanılıb.

Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Həmin vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) narkotik vasitələr - bir ədəd bükümdə, xalis çəkisi 9,850 qram təşkil edən heroin və bir ədəd bükümdə, xalis çəkisi 0,5 qram təşkil edən tiryək aşkar olunub. Faktla bağlı araşdırma aparılır.